A Seriyasının başlama vaxtı ilə bağlı açıqlama - mayda olmayacaq

A Seriyasının başlama vaxtı ilə bağlı açıqlama - mayda olmayacaq

İtaliyanın İdman naziri Vinçenso Spadafora koronavirus səbəbiylə təxirə salınan A Seriyasının nə vaxt başlayacağı ilə bağlı danışıb. 

Sport7.az xəbər verir ki, Spadafora məlum səbəbdən dayandırılan çempionatın qarşıdakı 2 ayda bərpa edilməsinin çətin göründüyünü deyib: "İndiki duruma baxsaq, A Seriyasının aprel və mayda başlamaq ehtimalı yoxdu. Lap turnirlər davam etdirilsə də, bütün matçlar azarkeşsiz keçiriləcək. Çünki koronavirus süətlə yayılmaqdadı. Düzdü, bu barədə yekun qərarı İtaliya Futbol Federasiyası verəcək. Ancaq çempionatın mayda başlaması çox çətin görünür”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR