"Minsk-2019": Azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub (YENİLƏNİB)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.

Ağasif Səmədov (52 kq) finalda erməni dünya çempionu Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın yeddinci medalı olub. Medalların 3-ü gümüş, 4-ü bürünc əyarlıdır.

15:33
 
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarında təsəlliverici döyüşlər keçirilib. 1/4 finalda uduzan Azərbaycan idmançıları da xalça üzərinə çıxıblar.

Cavidan Qarayev (62 kq) estoniyalı Vadim Fominlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncülük uğrunda qarşılaşmada gürcüstanlı Georgi Çirqadze ilə üz-üzə gələcək.

Abdulla Abdullayev (74 kq) Arsen Qazaryana (Ermənistan) uduzaraq mubarizəni dayandırıb.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov finalda mübarizə aparacaq. Onun rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.

13.34
 
 
"Minsk 2019" II Avropa Oyunlarında bu gün sambo yarışlarının ikinci gününə start verilib.

Sport7.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finala təsadüf edən ilk görüşündə litvalı Gintaras Katkusa qalib gəlib - 5:0. Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olacaq.

Əvəzində Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Qarayev təsəlliverici görüşdə estoniyalı Vadim Fominlə üz-üzə gələcək.

Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora yenilib - 3:4. O, təsəlliverici görüşdə ermənistanlı Arsen Qazaryana rəqib olub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR