Abdulla üçün ilk

Abdulla üçün ilk

"Zirə”nin qapıçısı Abdulla Seyidəhmədov Premyer Liqada ilk quru oyununu keçirib.
 
Sport7.az xəbər verir ki, Gənc qapıçı 24-cü turun "Sumqayıt”la matçında qapısını toxunulmaz saxlayıb. Komandasının 2:0 hesablı qələbəsinədək yalnız bir görüşə çıxan qolkiper həmin qarşılaşmada qol buraxmışdı.
 
2-ci cəhddən quru oyun keçirməyə nail olan Abdulla "Zirə”nin heyətində Premyer Liqada bunu bacaran 3-cü qapıçıdır. İndiyədək yüksək dəstədə "qartallar”ın formasını geyinən qolkiperlərin hamısının hesabında belə oyun var. Anar Nəzirov 27, Kamal Bayramov 15 dəfə meydanı qol buraxmadan tərk edib.
 
Seyidəhmədovun debütü 2018-ci il martın 4-də "Keşlə” ilə matça (1:2) təsadüf edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR