Abdullayev

Abdullayev "Neftçi"dən gedir - ÖZƏL

Ötən gün Topaz Premyer Liqasının 14-cü turunda "Qarabağ"la üz-üzə gələn "Neftçi" matçı 1:0 hesablı qələbə ilə başa vurdu. Sport7.az xəbər verir ki, matçın sonlarına yaxın bakılıların yarımmüdafiəçisi Elşən Abdullayev diqqət mərkəzinə düşdü. 

Belə ki, ikinci hissədə meydanda daxil olan və oyunun sonlarına əvəzlənən Abdullayev, baş məşqçinin bu qərarını həzm edə bilmədi. Birbaşa soyunub-geyinmə otağına yollanan yarımmüdafiəçi etirazını bu şəkidlə bildirdi. Görünür, Elşən "Neftçi"də  heç də xoşbəxt deyil. Elə bu səbəbdən o, "ağ-qaralar"dan ayrılmaq eşqinə düşüb. Əldə etdiyimiz məlumata görə, Abdullayev qışda komandanı tərk edəcək. Onun karyerasını hansı klubda davam etdirəcəyinə isə məhz qış transfer dönəmində aydınlıq gələcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR