ABŞ 4x100 m. sərbəstdə yeni dünya rekordu müəyyənləşdirdi və çempion oldu

ABŞ 4x100 m. sərbəstdə yeni dünya rekordu müəyyənləşdirdi və çempion oldu

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında mikstlərin (qadın və kişilərdən ibarət komanda) 4x100 m. məsafəyə sərbəst üsulla üzgüçülük yarışında qalib müəyyənləşib.

Keyleb Dressel, Zak Epl, Mellori Komerford və Simona Manueldən ibarət ABŞ millisi dünya rekordunu qıraraq (3.19,40) çempion olub. Kvandjuda komanda yarışlarında uğurlu çıxışı ilə seçilən Avstraliya bu səfər gümüş medal qazanıb. Fransa isə bürünc medalla kifayətlənib.


Su İdman növləri üzrə dünya çempionatı

Kvandju (Cənubi Koreya)

Mikst

Sərbəst, 4x100 m. estafet

1. ABŞ (Keyleb Dressel, Zak Epl, Mellori Komerford, Simona Manuel) - 3.19,40
2. Avstraliya (Kayl Çalmers, Klayd Lyuis, Emma Makkeon, Bronte Kempbell) - 3.19,97
3. Fransa (Kleman Minyon, Mehdi Metella, Şarlotta Bonne, Mari Vattel) - 3.22,11

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR