ABŞ yığmasının kapitanları müəyyənləşdi

ABŞ yığmasının kapitanları müəyyənləşdi

Kişi basketbolçulardan ibarət ABŞ millisinin kapitanlarının adları açıqlanıb.

Kemba Voker ("Boston") dünya çempionatında komandanın əsas kapitanı olacaq. Onun yoxluğunda isə Markus Smart ("Boston") və Donovan Mitçell ("Yuta") ABŞ yığmasına liderlik edəcəklər.

Voker və Mitçell amerikalıların qard rotasiyasında əsas isimlər hesab olunurlar. Smart zədə səbəbindən yoldaşlıq görüşlərində oynamayıb. Buna baxmayaraq, baş məşqçi Qreqq Popoviç onun adını DÇ-2019-un 12 nəfərlik iştirak ərizəsinə daxil etmək niyyətindədi.

Qeyd edək ki, basketbol üzrə dünya çempionatı avqustun 31-də start götürəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR