ABŞ yığmasının üzvü koronavirusa yoluxdu

ABŞ yığmasının üzvü koronavirusa yoluxdu

Qadın basketbolçulardan ibarət ABŞ millisinin və "Çikaqo Skay”ın oyunçusu Stefani Dolson koronavirusa yoluxub.

Sport7.az xəbər verir ki, bunu idmançının özü etiraf edib. O bildirib ki, ailəsinin bütün üzvlərində bu xəstəlik aşkarlanıb. Klubun sahibi Dolsondakı koronavirusun simptomsuz keçdiyini vurğulayıb.

Stefani Qadın Milli Basketbol Assosiasiyasının ikinci oyunçusudur ki, bu xəstəliyə yoluxduğunu bəyan edib. Ona qədər "Los-Anceles”in müdafiəçisi Sidni Uiz eyni halla üzləşib.

ABŞ koronavirusun ən böyük zərbə vurduğu ölkədir. Burada yoluxanların sayı 680, ölənlərin sayı 35 mini keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR