AFFA bu stadion üçün tender elan etdi

AFFA bu stadion üçün tender elan etdi

Tovuz rayonunda, "Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyası, təlim-məşq bazası və stadion üçün alınacaq avadanlıqlar ilə əlaqədar AFFA tender elan edir.
 
Sport7.az xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün şirkətlər "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidi. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 5 avqust 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
 
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlamaq lazımdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR