AFFA-da məşqçi və koorinatorlarla görüş keçirildi (FOTOLAR)

AFFA-da məşqçi və koorinatorlarla görüş keçirildi (FOTOLAR)

AFFA aşağı yaş qrupları üzrə milli komandalar üçün oyunçuların hazırlanması məqsədi ilə "Elit-məşq” layihəsinə start verib.
 
Sport7.az xəbər verir ki, bununla əlaqədar qurumun inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və məşqçiləri ilə görüş keçirilib.
 
Aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru, layihənin rəhbəri Miloş Velebit çıxış edərək layihə və fitnes-testlər barədə ətraflı məlumat verib. Məşq prosesləri üçün hazırlanmış videomaterial iştirakçılara göstərilib. Daha sonra məşqçiləri maraqlandıran məsələlər müzakirə olunub, suallar cavablandırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR