AFFA-dan hakimlə azarkeşləri söyən futbolçulara cəza

AFFA-dan hakimlə azarkeşləri söyən futbolçulara cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport7.az xəbər verir ki, keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

I Divizionun V turunun "Neftçala” – "Şərurspor” matçında "Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun V turunun "Göyəzən” – MOİK matçında MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90 + 3-cü dəqiqəsində MOİK klubunun 3 №-li futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

I Divizionun V turunun "Şahdağ” – "Turan Tovuz” matçının 35-ci dəqiqəsində "Şahdağ”  klubunun 8 №-li futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.3)

I Divizionun V turunun "Energetik” – "Zaqatala” matçında "Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

 Oyunun 44-cü dəqiqəsində "Energetik” klubunun 14 №-li futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

I Divizionun V turunun "Bakı” – "Şəmkir” matçında "Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 5–ci dəqiqəsində "Bakı” klubunun 46 №-li futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR