AFFA De Byazini Polşaya

AFFA De Byazini Polşaya "göndərir"

Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.

Sport7.az xəbər verir ki, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki tvitter hesabında yazıb.

O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: "De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb".

O da bildirilir ki, italiyalı baş məşqçinin 2016-cı il Avropa çempionatından sonra da Polşa yığmasına rəhbərlik etməsi planlaşdırılıb. Lakin nə AVRO-2016, nə də DÇ-2018-dən sonra De Byazinin təyinatı gerçəkləşməyib. Polşa seçməsi yanvarın 18-də Yeji Brjeçeki istefaya göndərib.

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq. (Report)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR