AFFA hakimləri necə

AFFA hakimləri necə "soyub"?: Vergilər işə əl qoydu...

Sport7.az AFFA-nın Hakimlər Komitəsi ilə bağlı maraqlı araşdırma aparıb. Movzumuz hakimlərin maaş sistemidir. 

Əvvəlcə onu qeyd edək ki, yaşından, idarə etdiyi liqadan və dərəcəsindən asılı olmayaraq, futbol hakimlərimiz stabil maaş yox, idarə etdikləri oyunun sayına görə qonorar alırlar. 

Bir il öncəyə kimi olan sistemə görə, hakimlərin idarə etdiyi hər oyununun qonorarından 14% məbləğ nə üçünsə tutulub. Pulu kart sistemi ilə əldə etsələr də, maraqlısı odur ki, bu oyun başına tutulan 14% pul Pensiya fonduna ödəniş üçün kəsilməyib. Uzun illər bu sistem davam edib. Bir məqamı da bildirək ki, hakimlər Bakıdan hansısa rayona və ya əksinə rayondan Bakıya təyinat aldıqda 1, 2 və 3 günlük ezamiyyət pulu da alırdılar. 1 il əvvələ kimi...
 
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, ötən il Vergilər Nazirliyi AFFA-da yoxlanış aparıb. Və hakimlərin qonorarından tutulan bu 14% pul tutulması aşkarlanıb. Nəticədə böyük söz-söhbət yaranıb. 

Bundan sonra hakimlərin illər ərzində qonorarından kəsilən pullar hesablanıb və Pensiya fonduna köçürülüb. O gündən sonra isə hakimlərin adına VÖEN açılıb, qonorarlarından isə bir qəpik də olsun tutulmur və tam şəkildə karta yatırılır. Amma və lakin hər şey belə "xoşbəxt sonluqla" başa çatmayıb. Kəsə bilmədikləri pulları konpensasiya etmək üçün hakimlərə səfər oyunlarında verilən "komandirovka" pulları ləğv edilib. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR