AFFA Həmkarlar İttifaqı İmişlidə təşkilat yaratdı

AFFA Həmkarlar İttifaqı İmişlidə təşkilat yaratdı

AFFA Həmkarlar İttifaqı bölgələrə səfərini davam etdirir.

Sport7.az xəbər verir ki, oktyabrın 3-ündə AFFA Hİ-nin sədri Nazim Süleymanov və qurumun üzvləri - Samir Ələkbərov, Naib Abdulla və Ramin Allahverdiyev Beyləqanda bir qrup futbol adamı ilə görüşüblər.

Nazim Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Beyləqanın futbol ictimaiyyətinin təklifləri dinlənilib.

Beyləqanın futbol ictimaiyyəti AFFA Həmkarlar İttifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər. Görüşdə qeyd edilib İttifaqın ki, Beyləqanda da yerli təşkilatını yaratmaq vacibdir. Bu məsələnin yaxın zamanlarda həllini tapması üçün əməli addımın atılacağı bildirilib.

Daha sonra qurum üzvləri İmişlidə olublar. İmişlidə keçirilən görüşdə də yerli futbol ailəsinin təklifləri dinlənilib, geniş müzakirə aparılıb.  Daha sonra AFFA Həmkarlar İttifaqının yerli təşkilatının təsis iclası keçirilib. Beləliklə, ilk dəfə olaraq İmişlidə AFFA Həmkarlar İttifaqının yerli təşkilatı təsis olunub. Ramiz Qarayev təşkilata sədr seçilib.
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR