AFFA

AFFA "Kəpəz"in qapıçısının cəzasını azaltdı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı ötən ay U-17 Liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında bvaş verənlərlə bağlı qərar çıxarıb.
 
Sport7.az xəbər verir ki, "Kəpəz"in şikayəti əsasında verilən qərarlara baxılıb və aşağıdakı dəyişikliklər edilib.
 
"Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.

AFFA İntizam Komitəsinin 22 oktyabr 2019-cu il tarixli qərarı ilə 19 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, "Xəzər Lənkəran” – "Kəpəz” matçının 90+4-cü dəqiqəsində "Kəpəz” klubunun 1 №-li futbolçusu Cavid Qurbanovun aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 4-dən 3-ə endirilsin.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR