AFFA “köhnə” hakimi yeni adıyla təqdim etdi

AFFA “köhnə” hakimi yeni adıyla təqdim etdi

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.
 
Sport7.az xəbər verir ki, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını yerinə yetirəcək.
 
Premyer Liqa, referi: 
Rəşad Əhmədov
 
Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov
 
Birinci divizion, referi:
Tural Qurbanov
 
Birinci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov

Xatırladaq ki, Rəşad Əhmədov artıq Premyer Liqada debüt etmişdi. 2017/2018-ci il mövsümünün 27-ci turuna təsadüfən edən "Keşlə” – "Qarabağ” qarşılaşması Əhmədov üçün elitada debüt oyunu olub. Gənc hakim 2018/19-cu il mövsümünün 20-ci turunda keçirilən "Sumqayıt” – "Neftçi” qarşılaşmasında da baş hakim olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR