AFFA

AFFA "Könüllülər Kuboku" keçirəcək

AFFA 2020-ci il "Könüllülər ili”nə həsr olunmuş futbol üzrə "Könüllülər Kuboku” təşkil edəcək.
 
Sport7.az xəbər verir ki, AVRO-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə "Könüllülər Kuboku” AVRO-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq. "Könüllülər Kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi AVRO-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.

Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR