AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq

AFFA-nın millinin baş məşqçi postuna namizəd olan 3 mütəxəssislə danışıq apardığını bilirsiz.

Sport7.az xəbər verir ki, qurumun icraçı vitse-prezidenti Elxan Məmmədovun əsas hədəfinin kimliyi dəqiqləşib.

Bu, Canni de Byazidi. İtaliyalı mütəxəssis digər həmkarlarından fərqli olaraq daha münasib şərtlərlə yığmanı çalışdırmağa razılıq verdiyindən milli assosiasiya məhz onun üzərində dayanıb.

Sonradan hər hansı problem yaranmasa, ötən ildən başsız qalan yığmanın "sükan"ı sözügedən çalışdırıcıya tapşırılacaq və onunla 2 illik müqavilə bağlanacaq.

Mənbə: Fanat.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR