AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşdi

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşdi

AFFA İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 13-də keçiriləcək. 

Sport7.az xəbər verir ki, toplantı milli assosiasiyanın inzibati binasında təşkil olunacaq. 

Saat 10:00-da başlayacaq iclasın gündəliyinə 13 məsələ daxil edilib:

Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
"Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
"Azərbaycan Futbolunun Etik Kodeksi"nin hazırlanmasının müzakirəsi
AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
"Elit Məşq” kitabı ilə bağlı məlumat
AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
"Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR