AFFA-nın pulu batdı – Dadaşovdan rədd cavabı

AFFA-nın pulu batdı – Dadaşovdan rədd cavabı

AFFA-nın böyük ümidlərlə milli komandaya cəlb etdiyi Renat Dadaşov millimizdə oynamaqdan imtina edib.

Sport7.az xəbər verir ki, Portuqaliyanın "Eştroil” klubunda çıxış edən Dadaşov U-21-də oynamaq istəməyib. Futbolçu məhz bu səbəbdəb Milan Obradoviçin Sloveniyada keçirəcəyi təlim-məşq toplanışına qatılmayıb.

Renatı millimizdə oynamaqda razı salmaqdan ötrü 1 milyon avro ödəyən və futbolçuya Bakının mərkəzində mənzil hədiyyə edən AFFA rəsmiləri biabırçılığı ört-basdır etməyə çalışıb. Elə bu səbəbdən də onun adı rəsmən açıqlanan siyahıda yazılmayıb. Obradoviç özü isə Renatı sərəncamında görmək istəyirmiş.

Dadaşov AFFA rəsmilərinə açıq şəkildə bildirib ki, bundan sonra onu U-21-ə görə narahat etməsinlər. Yalnız əsas millidən dəvət gələcəyi halda Renat AFFA-nın dəvətini qəbul edə biləcəyini bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR