AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Sport7.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 28-də keçiriləcək "Krasnodar” (Rusiya) – "Bazel” (İsveçrə) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva, hakim-inspektoru Ştuxlik olacaq.
Sport7.az