AFFA növbəti seminar keçirib  - FOTOLAR

AFFA növbəti seminar keçirib - FOTOLAR

Noyabrın 18-də lisenziyalaşdırma prosesi çərçivəsində AFFA-nın təşkilatçılığı ilə azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar keçirilib. Sport7.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki,  "Bakcell Arena”da keçirilən seminarda UEFA nümayəndəsi Stuart Dykesın tərəfindən nəzəri məlumatlar və praktiki məşğələlər təqdim olunub.


Seminarda AFFA və PFL nümayəndələri, klubların azarkeşlərlə əlaqələndirici şəxsləri, təhlükəsizlik xidməti rəisləri və Fan Klub nümayəndələri iştirak edib. Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkilib. 


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR