AFFA Sadıqovla Məmmədovun görüşünün detallarını açıqlayacaqmı?

AFFA Sadıqovla Məmmədovun görüşünün detallarını açıqlayacaqmı?

Bir neçə gün öncə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla "Qarabağ”ın kapitanı, U-21 millisinin sabiq baş məşqçisi Rəşad Sadıqov arasında görüş keçirilib. 

Ancaq görüşün nə ilə bağlı olduğu, hansı mövzuların müzakirə olunduğu mətbuata açıqlanmayıb. 

Məsələni araşdırmaq üçün AFFA-ya müraciət etdik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sport7.az-a açıqlamasında görüşdə nələrin müzakirə edildiyindən xəbərsiz olduğunu, lakin iki futbol adamı arasında keçən belə görüşlərinin adi hal olduğunu qeyd etdi: 
 


"Əslində, burada qeyri-adi bir şey yoxdur. Rəşad Sadıqov həm "Qarabağ"ın futbolçusudur, həm də klub və millinin gənclər komandasında çalışıb, məşqçi karyerası olub. Belə görüşlər təbii qarşılana bilər. Ancaq görüşün təfərrüatı ilə bağlı yalnız şəxslərin özündən məlumat almaq olar. Görüşdə iştirak etmədiyim üçün aralarında nə söhbət olduğunu deyə bilmərəm. Mətbuata da bununla bağlı press-reliz verilməyib. Gündəlik iş rejiminə aid olan görüş kimi qələmə vermək olar. Çünki hər ikisi futbol adamıdır". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR