AFFA son turla bağlı 4 klubu cəzalandırdı

AFFA son turla bağlı 4 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda qaydaları pozanlarla bağlı müxtəlif cərimələr tətbiq edib.

Sport7.az xəbər verir ki, qurum aşağıdakı qərarları qəbul edib.

11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Səbail” – "Keşlə” matçında  "Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 51-ci dəqiqəsində "Keşlə” klubunun 93 №-li futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Sumqayıt” – "Qəbələ” matçında  "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).
 
11 may 2019-cu il, 2018/2019 mövsümündə,  XXVII Topaz  Premyer Liqasının XXVIII turunun "Neftçi” – "Qarabağ” matçında  "Qarabağ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR