AFFA və BFA rəhbərlikləri görüşüb

AFFA və BFA rəhbərlikləri görüşüb

Oktyabrın 9-da "Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
 
Sport7.az xəbər verir ki, millimizin 3:2 hesabı ilə qələbə qazandığı oyundan əvvəl stadionda Bəhreyn Futbol Assosiasiyasının və AFFA-nın nümayəndələri arasında görüş keçirilib.
 
Görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib.
 
Hər iki milli assosiasiya arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR