Afrika Milətlər Kuboku təxirə salındı

Afrika Milətlər Kuboku təxirə salındı

Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb. 

Sport7.az xəbər verir ki, bu barədə qərarı Afrika Futbol Konfederasiyası qəbul edib. AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə keçirilməsindən sonra konfederasiya da bu qərara gəlib. Lakin Kamerun yarışın ev sahibi kimi qalıb.  

Afrika Millətlər Kubokunun gələn il 9 yanvar - 6 fevralda keçirilməsi planlaşdırılırdı. Yarışın yeni tarixi hələ müəyyənləşməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR