Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi (VİDEO)

Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi (VİDEO)

Misirdə keçirilən Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Seneqal - Tunis matçında 90 dəqiqə ərzində "səssizlik" pozulmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac yaranıb. 100-cü dəqiqədə Dilan Bronn avtoqola imza atıb. Bu qol sayəsində Seneqal 1:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Digər yarımfinal görüşündə Əlcəzair və Nigeriya üz-üzə gəlib. 40-cı dəqiqədə Trost-Ekonq topu öz qapısına göndərib. 72-ci dəqiqədə Odion İqalo penaltidən fərqlənərək matça tarazlıq gətirib. Bu da sonuncu qol olmayıb. Oyuna artırılmış 5-ci dəqiqədə Riyad Marez Əlcəzairin qələbə qoluna imza atıb. Beləliklə, Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Əlcəzair ikinci finalçı olub.


Afrika Millətlər Kuboku

Yarımfinal

Seneqal - Tunis - 1:0 (əlavə vaxt)

Qol: Bronn (100 - avtoqol)


Əlcəzair - Nigeriya - 2:1

Qollar: Trost-Ekonq (40 - avtoqol), Marez (90+5) - İqalo (72 - penalti)


Seneqal və Əlcəzair yığmaları arasındakı final görüşü iyulun 19-da keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR