"Elvin özünə fikir versə..." - Aftandil Hacıyev

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin Bosniya və Hersoqovina klubu "Çelik"lə müqavilə bağladığından xəbərdarsız. "Səbail"dən ayrıldıqdan sonra Türkiyəli mütəxəssis Ümit Özatın rəhbərlik etdiyi kluba transfer olan Elvin mətbuata açıqlamasında legioner həyatı yaşamaq istədiyini bu üzdən belə addım atdığını bildirmişdi. Bəs müdafiəçi o klubda möhkəmlənə biləcəkmi? Bu sualımıza cavab almaq üçün onun Azərbaycandakı sonuncu məşqçisi Aftandil Hacıyevlə danışdıq.

Aftandil bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Elvin Yunuszadənin istedadlı olduğunu bilirik. "Neftçi"də, "Qarabağ"da oynayıb. Ancaq "Çelik"ə uyğun gəlir ya yox deyə bilməyəcəyəm. Çünki komandanın durumunu, ehtiyacını bilmirəm. Amma Elvin özünə fikir versə, sayılıb seçilən stopperlərimizdəndi. Mənfi cəhətlər deyəndə, yerli futbolçularımızın əksəriyyətinin problemi rejimsizlikdi. Düşünürəm ki, zədəsiz, sabit oynasa, hətta milliyə də daimi dəvət ala bilər. 

"Çelik" Bosniyada tanınmış komandalardandı. Yəni, əslində Elvinin ora getməsi pis fikir deyil. Amma onların çempionatları haqda fikir bildirə bilməyəcəyəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR