Aftandil Hacıyev

Aftandil Hacıyev "Səbail"dən gedəcəkmi? - Özü açıqladı

"Bu barədə söhbət yoxdur. Müqaviləm davam edir".

Bu sözləri Sport7.az-a "Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev postundan getmək istədiyi ilə bağlı yayılan xəbərlərə münasibətində bildirib. 

38 yaşlı mütəxəssis məlumatı təkzib edərək belə bir fikrinin olmadığını qeyd edib: "Hətta yaxşı dönəmimiz də belə təkliflər almışam, amma klubdan ayrılmaq qərar verməmişəm. İndiki halda da bu haqda fikrim yoxdur". 

Qeyd edək ki, Aftandil Hacıyevin "Səbail"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

Xatırladaq ki, "Səbail" klubunda maliyyə sıxıntısı olduğu üçün Aftandil Hacıyevin klubdan ayrılmağı barədə Sport7.az-a məlumat daxil olmuşdu. 

Röya 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR