"Mənə Türkiyədən təklif olmayıb" - Aftandil Hacıyev

Bir müddət öncə "Səbail"in baş məşqçisi Aftandil Hacıyevin "Antalyaspor"da təklif aldığı bildirilirdi. Sonradan "COVİD-19" pandemiyasının ortaya çıxması ilə təbii ki, durumlar da dəyişdi. Bəs bu təklif nə qədər ciddi idi? 

Sualımıza elə Hacıyevdən cavab aldıq. Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söylədi: "Rəsmi məlumat deyildi. Hansısa saytlarda yazılmışdı. Agentlər səviyyəsində olan söhbətdi. Şəxsən mənə belə bir təklif olmayıb. Ümumiyyətlə, bu haqda şərh vermək istəmirəm. Çünki rəsmi olmayan bir söhbətdi. Nəsə desəm yaxşı çıxmaz".

Yeri gəlmişkən Hacıyevdən karantin şəraitinin necə keçdiyini də soruşduq: "Hamı kimi, mən də evdə oluram. Ehtiyac yarandıqda yaxınlıqdakı marketə gedirəm. Əlbəttə, karantin şəraiti darıxdırıcıdı. Xüsusən də idmançı adamlar üçün. Gündəlik informasiyaları izləyirəm".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR