AHF-ni Stokholmda Orxan Abbasov təmsil edəcək

AHF-ni Stokholmda Orxan Abbasov təmsil edəcək

Yanvarın 22-də İsveçdə Avropa Həndbol Federasiyasının 15-ci konfransı və 37- ci konqresi keçiriləcək.
 
Sport7.az xəbər verir ki, Stokholm şəhərində təşkil olunacaq tədbirlərin gündəliyində duran əsas mövzular illik və maliyyə hesabatlarıdır. Bununla yanaşı iştirakçılar digər cari məsələləri də müzakirə edəcəklər. Ölkəmiz  qitənin ali həndbol qurumunun tədbirlərində Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasovla təmsil olunacaq.

Rəsmi nümayəndələr səfər çərçivəsində kişi həndbolçuların Avropa çempionatının final görüşünü də izləyəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR