Akinfeyevdən şübhələniblər – Dopinq testi

Akinfeyevdən şübhələniblər – Dopinq testi

Rusiya millisinin qapıçısı İqor Akinfeyev İspaniya millisi ilə oyundan sonra bütün dünyanın diqqət mərkəzindədi.

Sport7.az xəbər verir ki, təcrübəli qolkiper dopinq nəzarətçilərinin də ciddi maraqlandığı futbolçulardan biridi. Hətta bu səbəbdən Akinfeyev ispanlar üzərindəki qələbəni komanda ilə birlikdə qeyd edə bilməyib.

Bu barədə Rusiya millisinin futbolçusu Aleksandr Yeroxin ölkəsinin mətbuatına deyib.

Sitat: "Sonuncu penaltidən sonra hamımız İqorun üstünə qaçdıq, meydanda onu təbrik etdik. Amma paltardəyişmə otağında bunu etmək mümkün olmadı. Onu dərhal dopinq yoxlamasına apardılar. Bizim kapitan hamıdan yaxşıdı”.

Qeyd edək ki, testin nəticələri hələlik açıqlanmayıb. Avropa, xüsusən də Britaniya mətbuatı tez-tez Rusiya millisinin dopinq istifadəsindən şübhələr olduğuna dair yazılar yazır.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR