"Albasete" Eddinin transferini rəsmən açıqladı

"Albasete" Eddi İsrafilovun transferini rəsmiləşdirib.
 
Sport7.az xəbər verir ki, klub rəsmən yığmamızın üzvünün transferini açıqlayıb. 1992 təvəllüdlü yarımmüdafiəçi ayrıldığı "Alkorkon"la hələ müqaviləsinin bitməsinə bir il qalsa da qarşılıqlı razılıq əsasında yeni klubuna keçib. 
 
"Albasete" Eddi ilə 4 illik müqavilə bağlayıb. 
 
Sabah futbolçu komandanın ev oyunlarını keçirdiyi "Karlos Belmonte"onun konfrans zalında ictimaiyyətə təqdim olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR