Alderveyreld:

Alderveyreld: "Hamımız Poçettinonun arxasındayıq"

"Tottenhem"in müdafiəçisi Tobi Alderveyreld İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Votford"la oynanılan matçdan sonra (1:1) baş məşqçi Maurisio Poçettinoya dəstəyini nümayiş etdirib:

"Bu gün meydanda komanda var idi. Necə mübarizə apardığımızı hamınız gördünüz.

Bütün komanda məşqçinin (Maurisio Poçettino - red.) arxasındadı. Əks halda meydanda gücümüzü qoymazdıq".

9 turdan sonra 12 xal toplayan "Tottenhem" hazırda Premyer Liqada 7-ci pillədə qərarlaşıb. Çempionlar Liqasında da uğursuz çıxış edən komandada Poçettinonun istefaya göndərilməsi gündəmdədi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR