"Çalışacağıq "çemodan əhval-ruhiyyəsi" olmasın" - Zaur Həşimov

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacaqları "Səbail"lə oyun haqda fikirlərini bildirib.

Zaur bəy Sport7.az-a açıqlamasında bunları söyləyib: "Adi qaydada hazırlaşırıq. Hər hansı qeyri-adi yeniliklər etməmişik. Normal şəkildə məşqlərimizi davam etdiririk. Futbolçuların nə dərəcədə kökləndiyini oyun zamanı bilmək mümkündü. Bu mərhələ 2 həftədi. Ayın 19-na qədər məşqlərdəyik. 19-da oyunumuz olacaq. Çalışacağıq "çemodan əhval-ruhiyyəsi" olmasın. Əhval-ruhiyyəyə gəlincə, komandanı ikigünlük istirahətə buraxmışıq. Hələ heç biri ilə danışmamışıq.

Şakir Tiqrudca zədəlidi. Başqa zədəli futbolçularımız da var. Çalışacağıq oyuna qədər normal vəziyyətə gətirək. Ağrıları olanlar var. Oyuna hələ 5 gün qalıb. Heyətlə bağlı hansı dəyişikliklər edəcəyim haqda nəsə deyə bilmərəm. Bəzən görürsən kimsə zədələnir, xəstələnən olur. Bu halda dəyişiklik edə bilərik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR