"Çalışacağıq ikinci dövrədə fərqli "Qəbələ" göstərək" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev komandanın durumundan danışıb.

O Sport7.az-a açıqlamasında hazırlıqlara toxunub, dəyişikliklərlə bağlı məlumat verib: "Hər komandaya qarşı necə hazırlaşırıqsa, "Qarabağ"la oyuna da o cür. Sevinndirici məqam odu ki, itkilərimiz yoxdu. Düzdü "Qarabağ"ın gücü hamıya bəllidi. Hə məşqdə bunu futbolçularımıza bildiririk. Meydanda mübarizəsiz komanda görmək istəmirik. Çıxıb mübarizə aparacağıq".

Maraqlıdı "Qarabağ"la oyun üçün komandaya xüsusi tapşırıq verilibmi?: "Bu bizim özümüzdə qalsın. Amma, əlbəttə, "Qarabağ"la oyun üçün tapşırıqlarımız digər komandalara qarşı matçlardan fərqlidi".

Fasilə müddətində hansı dəyişikliklər olması ilə bağlı suala Elmar bəy belə cavab verdi: "Fasilədə "Zirə" ilə yoldaşlıq matçı keçirdik. Hər məşq və oyun komandanın daha yaxşı olmasına köməklik edir. Hər oyun futbolçuları fərqli mövqelərdə sınamaq imkanı verir. Sevinirik ki, komanda getdikcə daha artığını etməyə çalışır. Çalışacağıq ikinci dövrədə fərqli "Qəbələ" göstərək".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR