Alleqri qayıdış tarixini açıqladı

Alleqri qayıdış tarixini açıqladı

"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri növbəti mövsüm karyerasını bərpa edəcəyini bildirib.

İtaliyalı mütəxəssis ESPN-ə müsahibəsində istirahət dönəmində nələrlə məşğul olduğundan bəhs edib:

"İyun ayında futbola qayıtmağı planlaşdırıram. Yaradıcı fasilə olub-olmadığını bilmirəm. Amma biz Covanni (Brankini) ilə birlikdə bu yöndə qərar qəbul etmişik. "Yuventus"u tərk etdikdən sonra bir il ara vermək qərarına gəlmişdik.

18 il futbol oynamışam, ardınca 16 il məşqçi kimi çalışmışam. 34 ildən sonra istirahət etmək imkanı əldə etdim. Xoşbəxtəm.

İnsanlarla söhbətləşmək imkanım olur. Həmçinin teatr, sərgilər və kitablar kimi sevdiyim şeylərə zaman ayıra bilirəm.

Milanda ingilis dili kursuna gedirəm. Artıq yaxşı danışıram. Qulaqdan gələn məlumatları birbaşa başa düşməyim bir az çətindi. Qarşımdakı yavaş danışanda sözlərin mənasını anlaya bilirəm. İngilis dilində filmlərə baxıram. Eyni zamanda, ingiliscə oxuduğum şeyləri əla şəkildə başa düşürəm.

Növbəti il önəmli olacaq - xüsusilə də verəcəyim qərar baxımından".

Daha əvvəl "Arsenal" rəhbərliyinin dil problemi səbəbindən Massimiliano Alleqridən imtina etdiyi bildirilmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR