Alman azarkeşlərdən çirkin hərəkət - Məsut Özilə...

Alman azarkeşlərdən çirkin hərəkət - Məsut Özilə...

DÇ-2018-də qrupun son matçında Cənubi Koreyaya 0:2 hesabı ilə məğlub olaraq növbəti mərhələyə adlaya bilməyən Almaniya yığmasında yenə qalmaqal olub.
 
Sport7.az xəbər verir ki, Rusiyada baş tutan mundialda elə qrupdaca "boğulan" son dünya çempionunun azarkeşləri bunu həzm edə bilməyib. Yenə də hədəf Məsut Özil olub. Azarkeşlərin sözlü "təcavüz"ünə məruz qalan Özil buna dözməyib və sərt reaksiya verib. 
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdiyi üçün tənqidlərə məruz qalan Özili yığmanın texniki personalı güclə sakitləşdirib. 
 
Digər tərəfdən yığmanın baş məşqçisi Yoahim Löv də ağır məğlubiyyətdən sonra "Şok oldum, çünki belə məğlubiyyəti əsla gözləmirdim. Dərs çıxarıb, peşimançılıq hissi keçirməyin lazım olduğu bir durumdu" sözlərini işlədib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR