Alman məşqçi cəzalandı - karantin qaydalarını pozduğuna görə

Alman məşqçi cəzalandı - karantin qaydalarını pozduğuna görə

"Auqsburq”un baş məşqçisi Hayko Herrlix Bundesliqanın XXVI turunda qarşılaşacaqları "Volfsburq”la oyun öncəsi cəzalı duruma düşüb.

Sport7.az xəbər verir ki, buna 49 yaşlı mütəxəssisin karantin rejimini pozması səbəb olub. Alman məşqçi komanda ilə birlikdə qaldığı oteli diş fırçası və diş məcunu almaq üçün tərk edib. Herrlix bu səbəbdən Bundesliqanın bərpasından sonra ilk görüşündə texniki zonada yer ala bilməyəcək.

Məsələ ilə bağlı açıqlama verən Herrlix səhvini boynuna alıb.

Almaniya Bundesliqasında mövsüm sabah bərpa olunacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR