Alman ulduz karyerasını bitirdi

Alman ulduz karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Benedikt Hövedes peşəkar karyerasını bitirib.

Sport7.az xəbər verir ki, bu haqda 32 yaşlı müdafiəçi "Spiegel" nəşrinə müsahibəsində deyib.

Yerli klublardan və ölkə xaricindən təkliflər aldığını bildirən təcrübəli oyunçu pulun onun üçün önəm daşımadığını söyləyib: "Başqalarından asılı olmaq istəmədim və belə bir qərar verdim. Pulun mənim üçün əhəmiyyəti yoxdur. Bahalı maşınlar və saatlar həyat tərzimə uyğun gəlmir. Mən kifayət qədər qazanmışam".

Ölkəsində "Şalke", İtaliyada "Yuventus"un formasını geyinmiş Hövedes son olaraq Rusiya "Lokomotiv"ində (Moskva) çıxış edib. O, Almaniya yığmasının heyətində 2016-cı ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR