Almaniya klubunda 3 nəfər koronavirusa yoluxdu

Almaniya klubunda 3 nəfər koronavirusa yoluxdu

Almaniya Bundesliqasının may ayının ortalarında bərpa olunacağı gözlənilir. Artıq klublar komanda halında məşqlərə də başlayıblar.
 
Sport7.az xəbər verir ki, "Köln" klubu problemlə üzləşib. Klubun bəyanatına görə, komandanın üç üzvünün koronavirus testinin nəticəsi pozitiv çıxıb. Onlar 14 gün ev şəraitində karantində qalacaqlar.

"Köln" məxfiliyi qorumaq üçün koronavirusa yoluxan şəxslərin adlarını açıqlamayıb.

Komandanın məşqlərə davam edəcəyi bildirilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR