Almaniya mətbuatı millimizin futbolçusundan yazdı: “O, ən yaxşıdı”

Almaniya mətbuatı millimizin futbolçusundan yazdı: “O, ən yaxşıdı”

Almaniyada dərc olunan "Bnn" nəşrində "Ertsgebirge" klubuyla bağlı araşdırma yazısı yer alıb.
 
Sport7.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi Aue şəhərinin təmsilçisi növbəti turda evdə "Karlsrue" ilə üz-üzə gələcək.
 
Nəşr Nazarovu komandanın ən yaxşı hücumçusu adlandırıb və baş məşqçinin bu görüşdə ona şans verəcəyini bildirib. 30 yaşlı oyunçunun yaxşı keyfiyyətlə malik olduğu da vurğulanıb.
 
Qeyd edək ki, iyunun 7-də keçiriləcək "Ertsgebirge" - "Karlsrue" matçı Bakı vaxtı ilə 15:35-də başlayacaq. "Ertsgebirge" 38 xalla 8-ci, qonaq komanda isə 30 xalla 16-cı pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. O, 2013 - 2016-cı illərdə məhz "Karlsrue"nin formasını geyinib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR