Almaniyada çempionat aprelin sonuna qədər təxirə salına bilər

Almaniyada çempionat aprelin sonuna qədər təxirə salına bilər

Almaniya Klublar Birliyi ölkənin 1 və 2-ci liqalarının matçlarını aprelin 30-na qədər təxirə salınmasını tövsiyə edib.
 
Sport7.az xəbər verir ki, Almaniya Futbol Federasiyası üzvlərlə martın 31-də keçiriləcək toplantıya hazırlıq məqsədilə videokonfrans keçirilib. Görüşmədə koronavirusla bağlı müzakirələr aparılıb və həftə ərzində keçiriləcək toplantıda qərarlar veriləcəyi bildirilib. 
 
Bundan əvvəl Frankfurtda keçirilmiş toplantıda klubların razılığı ilə 1 və 2-ci liqaların oyunları aprelin 2-nə qədər təxirə salınmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR