Almaniyada kikboksçularımızdan qələbə

Almaniyada kikboksçularımızdan qələbə

Almaniyanın Dyusburq şəhərində Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi ilə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan-Almaniya peşəkar kikboksçularının yarışının 8-ci açılış mərasimi keçirilib.
 
Sport7.az xəbər verir ki, yarışda azərbaycanlı və almaniyalı kikboksçular qarşılaşıblar. Tədbirdə AKF -nin Prezidenti Adil Aliyev və vitse prezidenti Güloğlan Cabbarov da iştirak edib. Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının Azərbaycan Milli Kikboksçuları 5-1 hesabı ilə Almaniya kikboksçularına qalib gəlib.

Qaliblər aşağıdakılardı:

1. Ramal Aslanov qızıl, Yassin Baitar gümüş- 72.5 kq
2. Anar Məmmədov qızıl, Vail Majidi gümüş- 58 kq
3. Zöhrab Əzimov qızıl, Benny Maassen gümüş- 68 kq
4. Orxan Məlikov qızıl, Bernd Sterrenberq gümüş- 88 kq
5. Fuad Haşimi qızıl, Mohamüf Derkaoui gümüş- 100 kq
6. Turan Qafarov gümüş, Besmir Heıshani qızıl
 
70 kq çəki dərəcəsində texniki səbəbdən döyüşü yarımcıq saxlamalı olublar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR