Almeyda

Almeyda "Baniyas"dan ayrılır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubu millimizin futbolçusu Riçard Almeyda ilə yollarını ayıracaq.

Sport7.az xəbər verir ki, Abu-Dabi təmsilçisi Braziliya əsilli yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməyəcək. 31 yaşlı oyunçu ilə yanaşı, həmyerliləri Ze Roberto və Luis Antonio da klubu tərk edəcək.

Hər 3 futbolçunun ümidləri doğrultmadığı üçün komandadan göndəriləcəyi bildirilib.

Qış fasiləsində "Qarabağ"dan "Baniyas"a keçən Almeyda BƏƏ klubu ilə 6 aylıq müqavilə imzalamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR