Millimizin yarımmüdafiəçisi Riçard Almeyda yeni klubunda debüt edib.
Sport7.az xəbər verir ki, BƏƏ təmsilçisi "Baniyas"a transfer olunan Almeyda 13-cü turda "Əl-Nəsr"ə qarşı oyunda meydana çıxıb. Start heyətdə yer alan Riçard 79-cu dəqiqədə əvəzlənib. Matç "Baniyas"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şeferin rəhbərlik etdiyi komanda hazırda 14 xalla 9-cu pillədədi.
Sport7.az