AMADA hakaton keçirdi

AMADA hakaton keçirdi

AMADA dopinqə nəzarət prosesini təkmilləşdirmək məqsədilə hakaton keçirib.

Sport7.az xəbər verir ki, yarışma "SUP Akselerator” şirkəti tərəfindən təşkil edilib. Proqramçı və mühəndislərdən ibarət 8 komanda 48 saat fasiləsiz yarışaraq, 2 əsas və 2 əlavə tapşırığın öhdəsindən gəlməyə çalışıb. Qalib komanda 3000 AZN məbləğində mükafatla təltif edilib.

"Antidopinq sahəsi sürətlə inkişaf edir. Bu sahədə hər gün yeni çağırışlar yaranır. Onların öhdəsindən gəlmək üçün biz mütləq yüksək texnologiyalardan istifadə etməliyik. Məhz buna görə AMADA-nın strateji məqsədlərindən biri dopinqlə mübarizədə innovativ üsullardan istifadədir. Bu, 2019-2022-ci illər üçün Strateji planda əks olunub. Bu hakatonu keçirməklə biz bir tərəfdən bu məqsədə nail olmağa çalışırıq, digər tərəfdən isə Azərbaycanın IT icmasının inkişafına dəstək olmaq istəyirik”, - AMADA-nın direktoru Şəfəq Hüseynli hakatonun bağlanış mərasimində deyib.

Onun sözlərinə görə, hakatonun nəticəndə yaradılacaq məhsul AMADA tərəfindən təqdim edilən növbəti yeniliklərdən biri ola bilər.

"AMADA nisbətən gənc təşkilatdır. Biz cəmi 2,5 ildir ki, fəaliyyət göstəririk. Amma qısa müddət ərzində biz antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik. Ümid edirəm ki, bu hakatonun nəticəsində yaradılacaq məhsul da belə bir yeniliklərdən biri olacaq” - Hüseynli qeyd edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR