AMADA yeniyetmə və gənc güləşçilər üçün seminar keçib

AMADA yeniyetmə və gənc güləşçilər üçün seminar keçib

Azərbaycan Güləş Federasiyası (AGF) Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlığı davam etdirir.

Sport7.az xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində ara-sıra AMADA-nın əməkdaşları tərəfindən güləşçilərimiz üçün maariflərindirici seminarlar təşkil olunur.
 
Belə tədbirlərdən biri Olimpiya Güləş Mərkəzində baş tutub. AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və həmin qurumun tibb və elm meneceri Leyla Qabulovanın iştirakıyla seminar keçirilib. Tədbirdə yeniyetmə və gənc güləşçilərə dopinqə qarşı mübarizə, məkan məlumatları və istifadəsi qadağan olunmuş preparatlarla bağlı müxtəlif informasiyalar verilib, bukletlər paylanılıb. Güləşçilərin mövzuyla bağlı müxtəlif sualları cavablandırılıb. Sonda bu tip maarifləndirici seminarların gələcəkdə də təşkilinin önəmli olduğu qeyd edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR