Amputasiyalı şəxslərə qaçış təlimi keçirildi (FOTOLAR)

Amputasiyalı şəxslərə qaçış təlimi keçirildi (FOTOLAR)

Azərbaycanda aşağı ətrafı amputasiya olunmuş şəxslərə qaçış təlimləri keçirilib.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin Almaniyanın OTTOBOCK təşkilatı ilə əməkdaşlığı çərçivəsində belə bir layihə gerçəkləşib. "Running Clinic” (Sağlam qaçış) adlı tədbir Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında başş tutub.

Almaniyalı mütəxəssis, qaçış üzrə ikiqat paralimpiya çempionu Henrix Papov xüsusi protez qurğuları sayəsində aşağı ətrafları amputasiya edilmiş şəxslərə təlim keçib. Bir xanım, biri uşaq olmaqla 12 nəfər xüsusi idman protezləri sayəsində qaçmağı öyrəniblər və hətta futbol, voleybol və basketbol kimi idman növləri ilə də məşqul olublar.

"Running Clinic” layihəsi bundan əvvəl London, Toronto, Sinqapur, Sidney, Vankuver, Malayziya şəhərlərdə də baş tutub. Xüsusi idman protezləri sayəsində aşağı ətrafı amputasiyalı şəxslər qaçış ilə məşğul olmağı, hətta Paralimpiya oyunlarına qatılmağı da bacarıblar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR