"Anadolu Efes" çempionluğun bir addımlığında

Kişi basketbolçuların Türkiyə Superliqasında final seriyasının beşinci oyunu keçirilib.

"Anadolu Efes" "Fənərbağça"nı qəbul edib. Ev sahibləri üçüncü perioddan etibarən üstünlüyü ələ alaraq, fərqi 22 xala qədər qaldırıblar. "Fənərbağça" xal fərqini 10-a qədər azaltsa da, bundan artığına gücü çatmayıb. Nəticədə "Efes" seriyada üstünlüyü yenidən ələ keçirib - 3:2.

Adrien Murman 26 xalla komandasının qələbəsində əsas pay sahibi olub. "Fənərbağça"da Kostas Slukasın 22 xalı yetərli olmayıb.


Türkiyə Superliqası

Final seriyası (beşinci oyun)

"Anadolu Efes" - "Fənərbağça" - 86:76

Seriyada hesab - 3:2


Final seriyasının altıncı görüşü iyunun 19-da oynanılacaq. "Anadolu Efes" qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR