Anası azərbaycanlı olan futbolçu Almaniya klubuna keçdi

Anası azərbaycanlı olan futbolçu Almaniya klubuna keçdi

"Sumqayıt"dan ayrılan Kiyan Soltanpur özünə yeni klub tapıb. 

Sport7.az хəbər verir ki, milliləşdirilmiş futbolçumuz karyerasını yenidən Almaniyada davam etdirəcək.

Belə ki, anası azərbaycanlı, atası fars olan 26 yaşlı hücumçu doğulduğu Berlində çıxış edəcək. O, Regionalliqada mübarizə aparan "Viktoriya 1889" klubuna keçib. Kiyan yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Soltanpur "Sumqayıt"da 12 oyun keçirib, 519 dəqiqə oynayıb və 3 qol vurub. Milliləşdirilən legioner yığmamızın təlim-məşq toplanışına dəvət olunsa da, rəsmi matçlarda meydana çıxmayıb. O, əvvəllər Almaniyanın "Union Berlin" (II komanda), "Borussiya" (Dortmund, II komanda), "Saarbrükken" və "Berliner AK" klublarında çıхış edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR